“Mançester Yunayted” göndərəcəyi futbolçuları müəyyənləşdirib

mancester-yunayted-gondereceyi-futbolculari-mueyyenlesdirib
Oxunma sayı: 1306


“Qafqazinfo” xəbər verir ki, bu uğursuz çıxışların gələn il də təkrarlanmaması üçün klub bir neçə futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. 

Müdafiəçilər  Nemanya Vidiç və Rio Ferdinand mövsüm sonunda komandadan ayırla bilərlər. Hər iki futbolçunun performanslarında müşahidə olunan zəiflik məşqçilər korpusunun gözündən yayınmır. 

“Man. Yunayted”in qocalmaq bilməyən futbolçusu Rayn Giks də mövsüm sonunda profesional futbolçu karyerasına son qoya bilər. Onun artıq yeganə məqsədi komandasının məşqçilər korpusunda yer almaq və gələcəkdə “qırmızı şeytanlar”a məşqçi kimi yardım göstərməkdir. Başqa bir təcrübəli futbolçu Patris Evra da yayda müqaviləsinin başa çatması ilə və indiyənədək yeni müqavilə təklifi almadığına görə “Mançester Yunayted”i tərk edə bilər. Evra ilə “Monako” və “PSJ” klubları maraqlanırlar. “Borusiya Dortmund”dan böyük ümidlərlə transfer edilən Sinji Kaqava ona bəslənilən etimadı doğrulda bilmyəyib. Kaqavanın yenidən “Borusiya”ya qayıtmaq ehtimalı var.  Bu mövsüm portuqaliyalı futbolçu Nani zədələr səbəbiylə kifayət qədər oynamağa macal tapmayıb. “İnter” icarə əsasında Nanini mövsüm sonunda heyətinə qata bilər.


İqbal