İngiltərənin “Mançester Yunayted” klubu “Bavariya”nın futbolçusu Arturo Vidal ilə maraqlanır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almanların “Bild” nəşri məlumat yayıb.
Məlumata əsasən, ingilislər çilili oyunçunun transferini mövsümün sonuna kimi yekunlaşdırmaq istəyir. “Qırmızı şeytanlar”ın bunun üçün 48 milyon avro keçməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Vidal 2015-c ildən Münhen klubunda çıxış edir.
Son xəbərlər
Son Xəbərlər