“Mançester Yunayted” - “Real Madrid” II hissə

mancester-yunayted-real-madrid-ii-hisse
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, ən maraqlı mübarizə “Mançester Yunayted”lə “Real” Madrid arasında keçiriləcək. Nəzərə alsaq ki, ilk oyunda “Santiyaqo Bernabeo” stadionunda 1-1 hesablı bərabərlik qeydə alınıb, onda ikinci oyunun nə dərcədə maraqlı və dramatik alınacağını müəyyənləşdirmək olar. Cavab oyununa üstün tərəf kimi “Mançester Yunyted”çıxacaq. Çünki “qırmızı şeytanlar”ın səfərdə rəqib qapısından keçirdiyi bir qol və qaneedici bərabrliyi var. Ancaq bununla belə bu görüşün indidən hansı nəticə ilə bitəcəyini, növbəti mərhələyə kimin adlayacağını demək çox çətindir.

1/8 final mərhələsinin digər bir maraqlı qarşılaşması isə “Borusiya Dortmund”la “Şaxtyor Donetsk” arasında olacaq. İlk oyunda bol qollu heçə-heçə qeydə alınıb. 2-2-lik bərabərlik hazırda ev sahibi olan komanda “Borusiya Dortmund”a sərf edir.

İqbal