“Mançester Yunayted” rus sponsoru ilə müqaviləyə xitam verdi

mancester-yunayted-rus-sponsoru-ile-muqavileye-xitam-verdi
Oxunma sayı: 2709

İngiltərənin “Mançester Yunayted” klubu Rusiyanın “Aeroflot” aviaşirkəti ilə sponsorluq müqaviləsini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanın “Aeroflot” aviaşirkətinin sponsorluq müqaviləsinə xitam verilib.

Qeyd edək ki, “Aeroflot” 2013-cü ildən Mançester təmsilçisinin sponsorları sırasındadır.