Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turniri üçün Bakıya daha 6 klubun skautu gələcək.
“Qafqazinfo” xəbər verir ki, bunlar “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) klublarıdır.
Adıçəkilən klubların skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.
Qeyd edək ki, daha öncə “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarının ölkəmizə gələcəyi məlum olub.
Son xəbərlər
Son Xəbərlər