6-7 may tarixlərində Tovuz şəhərində keçirilən seçim turunda ümumilikdə 57 nəfər uşaq iştirak edib. Seçilən uşaqların adları: Əhmədov Eşqin, Nuriyev Cahid və Heydərli Cavid.
9-10 may tarixlərində Gəncə şəhərində isə seçim turunda 136 uşaq öz bacarıqlarını sınayıb. Onlardan 9- u seçim turundan müvəffəqiyyətlə keçiblər. Seçilən uşaqların adları: Çopurov İmran, Fərəci Nihat, Məmmədov Zərrər, Qəhrəmanov Ələddin, Səmədov Ümid, Abbasov Əli, Məmmədov Orxan, Kərimov Sənan, Qəribov Vasif.
Seçim AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı iləhəyata keçirilir.
Seçimlərə 2002-2006-cı il təvəllüdlü 8 yaşından 12 yaşınadək oğlan və qız uşaqları qatıla bilərlər. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetirilir. Ödənişsiz əsaslarla keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.
|
Şəhər |
Ünvan |
Tarix |
Saat |
|
Qax |
Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu |
11 may |
14:00 – 18:00 |
|
Sumqayıt |
Səməd Vurğun küç., 25, “Sumqayıt” FK-nın stadionu |
14 may |
14:00 – 18:00 |
|
Bakı |
Səbail rayonu, Salyan şosesi, 23, 20-ci sahə, “Bayıl Arena” stadionu |
18 may |
09:00 – 13:00 |
Son xəbərlər
Son Xəbərlər