“Mançester Yunayted”dən şok məğlubiyyət

“Mançester Yunayted”dən şok məğlubiyyət
Oxunma sayı: 2058

Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

 “Qafqazinfo” xəbər verir ki, F qrupunda İsveçrənin  “Yanq Boyz” klubu doğma meydanda “Mançester Yunayted”i qəbul edib.

Oyunda hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo açsa da, İngiltərə təmsilçisi üstünlüyünü sona qədər qoruya bilməyib. İkinci hissədə iki qol vuran “Yanq Boyz” qrup mərhələsinə qələbə ilə başlayıb - 2:1.