“Mançester Yunayted”in futbolçusunun ayağı sındı

mancester-yunaytedin-futbolcusunun-ayagi-sindi
Oxunma sayı: 1741

Çempionlar Liqasının qrup mərhələsində hazırda keçirilən PSV - “Mançester Yunayted” qarşılaşmasında arzuolunmaz hadisə baş verib.

“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, Hektor Morenonun sərt zərbəsi ilə yerə yıxılan qonaqların futbolçusu Luk Şounun ayağı qırılıb.

Gənc müdafiəçi Marko Rojo ilə əvəzlənib.

Qeyd edək ki, Şou bu mövsüm “qırmızı şeytanlar”ın heyətində yeddi matçda ilk “11-lik”də meydana çıxıb.