“Mançester Yunayted”in ikinci dəfə təşkil etdiyi Yay Futbol Məktəbinə qeydiyyat başladı

mancester-yunaytedin-ikinci-defe-teskil-etdiyi-yay-futbol-mektebine-qeydiyyat-basladi
Oxunma sayı: 1100


Yay Futbol Məktəbinə qeydiyyat seçim mərhələsindən bir gün öncə seçimin baş tutacağı şəhərdə keçirilir. Aşağıda seçimlərin keçiriləcəyi ünvanların siyahısı ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, iştirakçılar Yay Futbol Məktəbinin saytında da qeydiyyatdan keçə bilərlər. Bunun üçün http://manutd.bakcell.com/az/muss/ saytında onlayn qeydiyyat formasını doldurub çap edin, iştirak edəcək uşağın tibbi arayış və doğum haqqında şəhadətnaməsi ilə birlikdə seçimin keçiriləcəyi gün göstərilən ünvana gətirin.

Yay Futbol Məktəbinin sponsoru olan Bakcell Azərbaycan futbolunun parlaq gələcəyini bu gün istedadlı gənclərin kəşf edilməsində görür. Sən də gəl, səni də kəşf etsinlər!

 

Şəhər

Ünvan

Tarix

Saat

Tovuz

Səməd Vurğun küç., 34, Tovuz şəhər stadionu

5 may

09:00 – 13:00

Gəncə

Nizami Gəncəvi küç., 24, AFFA-nın süni örtüklü meydançası

8 may

09:00 – 13:00

Qax

Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu

11 may

14:00 – 18:00

Sumqayıt

Səməd Vurğun küç., 25, “Sumqayıt” FK-nın stadionu

14 may

14:00 – 18:00

Bakı

Səbail rayonu, Salyan şosesi, 23, 20-ci sahə,  “Bayıl Arena” stadionu

18 may

09:00 – 13:00