“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim ilk dəfə ingilis komandasının azarkeşləri qarşısında çıxış edib.
“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Dəstəyinizə görə çox sağ olun. Mən sizi ruhdan salmayacağam”, - deyə Amorim deyib.
Qeyd edək ki, “Mançester Yunayted” Ruben Amorimin baş məşqçi təyinatını rəsmi saytında elan edib. Portuqaliyalının “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, klub 9 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 11 xalla 14-cü yerdə qərarlaşıb.