İngiltərənin Mançester şəhərində insanlar atəşə tutulub.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hadisə bu gecə yerli vaxtla saat 02:30-da şəhərin Moss Sayd rayonunda baş verib.
İnsidentdən bir neçə saat əvvəl həmin ərazidə Karib karnavalı keçirildiyi üçün orada xeyli adam olub.
Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər