“Mançester”ə bir sillə də “Nyukasl”dan gəldi

mancestere-bir-sille-de-nyukasldan-geldi
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Everton” evdə “Bolton”a məğlub olub – 1:2. Bu tura kimi turnir cədvəlinin şərikli lideri olan “Mançester Yunayted” isə səfərdə “Nyukasl”la qarşılaşıb. “Qırmızı şeytanlar” rəqibinə 0:3 hesabı ilə yenilib. Beləliklə, MY ardıcıl ikinci dəfə 3 top buraxaraq məğlub olub. Hazırda 45 xalı olan Ferqyussonun yetirmələri ikinci pillədə qərarlaşıb. 48 xala malik “Mançester Siti” birinci yerdədir.

"Aston Villa" – "Suonsi" – 0:2
Qollar: Dayer, 5 (0:1), Routlece, 47 (0:2)

"Bləkbörn" - "Stok Siti" – 1:2
Qollar: Krauç, 17 (0:1), 45 (0:2), Qudvil, 70 (1:2)

"Kvins Park Reyncers" – "Norviç" – 1:2
Qollar: Barton, 11 (1:0), Pilkinqton, 42 (1:1), Morison, 83 (1:2)

"Vulverhempton" – "Çelsi" – 1:2
Qollar: Ramires, 54 (0:1), Uard, 84 (1:1), Lempard, 89 (1:2)

"Fulhem" – "Arsenal" – 2:1
Qollar: Kosielni, 21 (0:1), Sidvell, 85 (1:1), Zamora, 90+2 (2:1)

"Tottenhem" - "Vest Bromviç" - 1:0
Qol: Defo, 63 (1:0)

"Uiqan" - "Sanderlend" - 1:4
Qollar: Qardner, 45 (0:1), Makklin, 55 (0:2), Rodalleqa, 62 (1:2), Sessegnon, 73 (1:3), Vauqhan, 80 (1:4)

"Mançester Siti" - "Liverpul" - 3:0
Qollar: Aquero, 11 (1:0), Ture, 33 (2:0), Milner, 75-pen (3:0)

"Everton" - "Bolton" – 1:2
Qollar: Hovard, 63 (1:0), N Qoq, 67 (1:1), Keyhill 78 (1:2)

"Nyukasl" - "Mançester Yunayted" – 3:0
Qollar: Demba Ba, 33 (1:0), Kabaye, 47 (2:0), Cons, 90 (avtoqol, 3:0)

Ceyhun Əhmədov