Mançini bu futbolçuları qovacaq

mancini-bu-futbolculari-qovacaq
Oxunma sayı: 1358


“Qafqazinfo” xəbər verir ki, Mançini bir neçə futbolçu ilə işləmək istəmir. Siyahının başında dünya ulduzu Didye Drqoba gəlir. Droqba Mançinin istəklərinə heç cür cavab vermir. Daha sonra Aurelyen Şedju da Mançinin planlarını “alt-üst” edən futbolçulardandır. İtalyan mütəxəssis Şedjunu da komandadan kənarlaşdırmaq niyyətindədir. İcarə əsasında “Qalatasaray”a gələn lakin oynamğa macal tapmayan Burdisso da gedənlər sırasında yer alır. 

Fatih Terim dövründə “Qalatasaray”a min-bir əziyyətlə gətirilən Hamit Altıntop mövsüm əvvəlində zədələndikdən və zədəsini sağaltdıqdan sonra Mançini tərəfindən əvəzedici heyətə göndərildi. İndi də Roberto təcrübəli futbolçuya klubun çıxış qapısını göstərir. Bu mənada Hamitə ehtiyat qapıçı Aykut da “yoldaşlıq” edə bilər. 

Bundan əlavə mövsüm arasında Mançininin istəyi ilə “Qalatasaray”a transfer edilən Salih Dursun, Ontivero və Oğuzhan başqa kluba icarə əsasında göndəriləcək.

Qeyd edək ki, 29-cu tur çərçivəsində “Qalatasaray” səfərdə “Sivasspor”a 2-1 hesabı ilə uduzub.

İqbal