Manija rejissora ərə gedir - Foto

manija-rejissora-ere-gedir
Oxunma sayı: 2207

Rusiyanı “Avroviziya 2021” beynəlxalq mahnı müsabiqəsində təmsil etmiş müğənni Manija rejissor Lado Kvataniyaya ərə gedir.

“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, cütlüyün nişanı hələ yayda baş tutmasına baxmayaraq, onlar bu barədə indi məlumat verib.

Manija ilə Ladonun görüşdükləri bu ilin yazında məlum olmuşdu. Belə ki, oğlan xanım müğənniyə “Avroviziya”da dəstək olmaq üçün Niderlanda yollanmışdı. Manijanın ifa etdiyi “Russian Woman” mahnısını da məhz elə L. Kvataniya səhnələşdirmişdi.

Müğənni və rejissor münasibətlərini ictimailəşdirməmiş, lakin ara-sıra müxtəlif tədbirlərdə və istirahət zamanı görüntülənmişdilər. İndi isə məlum olub ki, Lado Manijaya bu ilin yayında evlilik təklifi edib.

“Mən “hə” dedim”, - instaqram hekayəsində rejissorla fotosunu paylaşan müğənni yazıb.

Xatırladaq ki, “Avroviziya 2021”in finalında Manija 9-cu yeri tutmuşdu.