Manisada daha bir zəlzələ olub

manisada-daha-bir-zelzele-olub
Oxunma sayı: 1315

Türkiyənin Manisa şəhərində daha bir zəlzələ qeydə alınıb.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, 4,5 bal gücündə təkanlar İzmir, Balıkesir, Eskişehir, Aydın, Bursa və Çanaqqalada da hiss edilib. İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.

Zəlzələ ocağı yerin 7 kilometr dərinliyində yerləşib.