“MAN”la vurulan piyada öldü

manla-vurulan-piyada-oldu
Oxunma sayı: 1141

Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza sentyabrın 11-də saat 17 radələrində qeydə alınıb. Qəsəbə sakini Z.İsrafilov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Fuad Ağayevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.