Maqadandan qalxan təyyarə yerə çırpıldı, 7 yaralı - Fotolar + Video + Yenilənib

maqadandan-qalxan-teyyare-yere-cirpildi-7-yarali
Oxunma sayı: 2666

Rusiyanın Maqadan şəhərindəki aeroportdan havaya qalxan “AN-12” təyyarəsi 10 metr hündürlükdən yerə çırpılıb.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, hava gəmisində 12 sərnişin və 2 ekipaj üzvü olub.

İlkin olaraq, iki sərnişin və bir ekipaj üzvünün xəsarət aldıqları bildirilir.

Təfərrüatlar aydınlaşdırılır.

**

"AN-12" təyyarəsinin yerə çırpılması nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb. 

"Qafqazinfo" bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

**

Təyyarədə olan 14 nəfər xəstəxanaya aparılıb.

"Qafqazinfo"nun məlumatına görə, xəsarət alan 7 nəfər müalicə olunacaq, digər 7 nəfər isə ilkin müayindən sonra evə buraxılacaq.