Maqnit qasırğası olacaq

maqnit-qasirgasi-olacaq
Oxunma sayı: 3799

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.

Bu barədə “Qafqazinfo”ya Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Bildirilib ki, hazırda geomaqnit sahəsi sakitdir.