Maqnitofona görə tutuldu, başqa cinayətləri üzə çıxdı

Maqnitofona görə tutuldu, başqa cinayətləri üzə çıxdı
Oxunma sayı: 465

İyunun 28-də Binəqədi rayonunun Motodrom yeni yaşayış sahəsində Bakı şəhər sakini M.İbrahimova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bu ilin may-iyul ayları ərzində rayon ərazisindəki 2 evdən, 2 avtomobildən, 1 mağazadan pul, məişət əşyası və tütün məmulatı və mobil telefon oğurlaması da müəyyən edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi