MAR-da BMT sülhməramlıları öldürüldü

mar-da-bmt-sulhmeramlilari-olduruldu
Oxunma sayı: 1103

Mərkəzi Afrika Respublikasının (MAR) cənubunda silahlı birləşmələrin döyüşçülərinin hücumu zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) iki sülhməramlısı öldürülüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin MAR-dakı sabitləşmə üzrə çoxprofilli kompleks missiyası bildirib.

Hadisə bazar ertəsi Banqasudan (Mbomu prefekturası) 17 kilometr aralıqda baş verib.

Missiya rəhbəri Mankyor Ndiaye bu hücumu qınayıb. O qeyd edib ki, BMT-nin missiyası MAR hökuməti ilə hücum təşkil edən şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi üzərində işləyəcək.