“Qafqazinfo”nun virtual.org-a istinadən məlumatına görə, iş adamı “Əskişəhərspor”a sahib olmaq üçün klubun nə qədər borcu varsa, hamısını ödəyəcəyini bildirib.
L.Karaca deyib ki, artıq məşhur futbol adamları ilə görüşüb, Türkiyəyə gəlmələri üçün onlarla anlaşıb: “Komandanın baş məşqçisi olması üçün Maradona ilə artıq danışığımız olub və razılaşmışıq. Futbolçulardan isə Dieqo Forlan və Assu-Ekotto ilə razılıq əldə olunub. Digər futbolçuların adlarını isə qarşıdakı günlərdə açıqlayacağam”.
Levent Karaca 30 ildir ki, Almaniyada yaşayır. O, inşaat işləri ilə məşğuldur.
Son xəbərlər
Son Xəbərlər