Maradona yenə Peleyə “ilişdi”

maradona-yene-peleye-ilisdi
Oxunma sayı: 673

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, argentinalı futbol adamı Pelenin Neymarı Messidən üstün tutmasına kəskin reaksiya verib: “Görünür, Pele içdiyi dərmanları səhv salır. O artıq nə dediyini bilmir. Məsləhət görürəm ki, həkimini dəyişsin və düzgün dərmanlar qəbul etsin”.

Qeyd edək ki, Pele Neymarla Messini müqayisə etmiş və fərdi göstəricilərdə braziliyalının daha üstün olduğunu bildirmişdi.

Ceyhun Əhmədov