Maradonanın forması rekord məbləğə satıldı

Maradonanın forması rekord məbləğə satıldı
Oxunma sayı: 2274

1986-cı il dünya çempionatında Dieqo Maradonanın İngiltərəyə əllə vurduğu qol zamanı geyindiyi Argentina forması internetdə rekord məbləğə - 9,3 milyon dollara satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərənin “Sotheby's” hərrac evi Tviter mikrobloqunda məlumat yayıb. Son 35 ildir ki, sözügedən forma İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi Stiv Hodca məxsus olub - həmin görüşün sonunda oyunçular formalarını dəyişiblər. 

Qeyd edək ki, əvvəlki rekord 2019-cu ildə 5,6 milyon dollara satılan “New York Yankees” əfsanəsi Beyb Rutun beysbol formasına aid olub. 

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.