Maradonanın qardaşı vəfat etdi

maradonanin-qardasi-vefat-etdi
Oxunma sayı: 1848

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın qardaşı Uqo Maradona vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 52 yaşında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, sabiq oyunçu və məşqçi olan Uqo Maradona “Askoli”, Vyana “Rapid”i və “Rayo Vallekano” kimi klublarda çıxış edib. O, “Puerto-Riko Aylenders”in baş məşqçisi olub.

Xatırladaq ki, Dieqo Maradona da ötən il ürək çatışmazlığından vəfat edib.