Maradonanın rekordunu təzələdi

maradonanin-rekordunu-tezeledi
Oxunma sayı: 5027

14 yaşlı argentinalı Mateo Apolonio “Deportivo Riestra”nın böyük komandasında debüt edərək Dieqo Maradona və Serxio Agueronun rekordlarını təzələyib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə “TyC Sports” məlumat yayıb.

Belə ki, Apolonio Argentina kubokunun 1/8 final mərhələsində Lionel Messinin keçmiş komandası olan “Nyuells Old Boyz”la matçın 84-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, Dieqo Maradona 16 yaşına 10 gün qalmış “Argentinos Juniors”da, Serxio Aguero isə 15 yaşda olarkən “İndependiente”də debüt edib.

Lakin 14 yaşlı Apolonionun meydana çıxması “Deportivo”nun Argentina kubokundan kənarda qalmasına kömək etmədi. Onun komandası “Nyuells Old Boyz”a 0:1 hesabı ilə uduzdu.