Maradonaya 9 təcili tibbi yardım çağırılıbmış

maradonaya-9-tecili-tibbi-yardim-cagirilibmis
Oxunma sayı: 2484

İngiltərə mediası dünən San Andresdəki evində 60 yaşında dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı bəzi detalları yayımlayıb.

"Qafqazinfo" xəbər verir ki, argentinalı futbol ulduzu ölümündən əvvəl qulluqçusuna özünü yaxşı hiss etmədiyini deyib və nahar yeməyini həmişəki vaxtdan bir qədər tez istəyib. Daha sonra yatmağa gedən Maradonanın halının yaxşı olmadığını görən qulluqçu təcili tibbi yardım çağırıb.

Yerli vaxtla saat 15:00-da 9 təcili yardım Maradonanın evinə yola düşsə də, futbolçu həkimlər gələnədək dünyasını dəyişib. Maradonanın ölümündə şübhəli heç nə müşahidə edilməsə də, əyalət polisi ənənəvi sorğuya başlayıb.