Marafonun sonu

marafonun-sonu
Oxunma sayı: 735


 “Qafqazinfo” xəbər verir ki, eyni gündə keçiriləcək 5 oyunla 2013-2014-cü il mövsümünə yekun vurulacaq. “Qarabağ” artıq çempion kimi cari mövsümü başa vurub. Bu gün  “Xəzər Lənkəran”la keçiriləcək matçdan sonra  çempion kubokuna qovuşacaq. 

“İnter” isə 64 xalla artıq öz ikinciliyini rəsmiləşdirib. Bürünc medalların sahibi rəsmi olaraq bəlli deyil “Neftçi” 59 xalla III-lüyə yaxın olan tərəfdir. Təbbi, əgər bu gün “Simurq” səfərində xal itkisi olmasa, “Neftçi” Avro Liqada mübarizə aparmaq üçün vəsiqə əldə edəcək. Digər tərəfdən “Qəbələ”də avrokuboklara vəsiqə qazana bilər. Bu gün “Sumqayıt”la oyunda qazanılan 3 xal və “Neftçi”nin heç-heçə və ya məğlubiyyəti “Qəbələ”ni III edəcək.

 

17 may

Saat 17:00

“Qəbələ”- “Sumqayıt”

 Saat 17:00

“Azal”- “İnter”

 Saat 17:00

“Rəvan”- “Bakı”

 Saat 17:00

“Simurq”- “Neftçi”

 Saat 17:00

“xəzər LƏnkəran”- “Qarabağ”

 

İqbal