“Maral”ı oxuyan erməni qızın səhifəsi ələ keçirildi

marali-oxuyan-ermeni-qizin-sehifesi-ele-kecirildi
Oxunma sayı: 2777

Ötən gün müğənni Nadir Qafarzadə erməni vizajist Anjelika Abramyanın videosunu paylaşıb.  Nadir qeyd edib ki, vizajist “Maral”ı ifa edib və bəstəni Ermənistanın xalq mahnısını olaraq təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb, müzakirələrə çevrilib.  Azərbaycanlı istifadəçilər Abramyanın instaqram səhifəsini şikayət ediblər.

Bundan sonra, yerli hakkerlər Anjelikanın rəsmi instaqram hesabına hücum edərək sözügedən videonu pozub və hesabı ələ keçiriblər.