“Maraqlı oyun alındı. Demək olar ki, hər şeydən razıyam”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Makedoniya millisinin baş məşqçisi İqor Anqelovski deyib.
O, ötən gün Azərbaycan yığması ilə Antalyada 1:1 heç-heçə etdikləri yoldaşlıq görüşündən danışıb: “Bu qarşılaşmanı qazanmaq məcburiyyətində idik. Artıq iki matçdan sonra Millətlər Liqası haqqında düşüncələrimiz formalaşıb.
Qoran Pandev zədə səbəbindən oyunu davam etdirə bilmədi. Nikolovun isə dodaqlarında kəsik var idi. Ümid edirəm ki, hər şey qaydasına düşəcək. Komanda Pandevsiz də oynaya bildiyini göstərdi. Onun olmadığı aralıqda 2 qol epizodumuz var idi. Lakin Traykovski eoqistlik etdi. O , Nestorovskiyə kömək etməlidir”.
Son xəbərlər
Son Xəbərlər