“Maraqlı qrupa düşmüşük” - Rəşad Sadıqov

maraqli-qrupa-dusmusuk
Oxunma sayı: 2446

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərini dəyərləndirib. “Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu maraqlı qrupa düşdüklərini bildirib: 

“Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, “Sevilya” bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun”.