“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ" İdman Klubu peşəkar futbolçu Marat İzmaylovun icarə əsasında kluba keçidi üçün Portuqaliyanın "Portu" klubu və futbolçu ilə danışıqlara başlanıldığını bildirir.
Qeyd edək ki, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan İzmaylov Rusiya millisinin heyətində 35 oyun keçirib. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq" daha sonra "Portu" klubunda çıxış edib.
Son xəbərlər
Son Xəbərlər