“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Limak Holdingin idarə heyətinin rəhbəri Nihat Özdemir açıqlama verib. O, satışa çıxarılan dünyanın ən lüks oteli ilə yaxından maraqlandıqlarını etiraf edib. Artıq şirkət bununla bağlı bəzi görüşlər də həyata keçirib.
Qeyd edək ki, 1976-cı ildə inşaat məqsədi ilə yaradılan şirkətlər qrupu hazırda inşaatla yanaşı, turizm, enerji, hava limanı və liman idarəsi, qida və heyvandarlıq sektorunda da xidmət göstərir.
Xatırladaq ki, Türkiyə mətbuatı iş adamının ümumi borcunun 584 milyon TL-ni keçdiyini yazmışdı. Otelin hərrac üsulu ilə ilk satışı isə Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun 3-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər