Mardində hərbi maşına bombalı hücum - 2 əsgər yaralandı

mardinde-herbi-masina-bombali-hucum
Oxunma sayı: 746

Türkiyədə növbəti terror aktı törədilib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK-çılar bu gün axşam saatlarında Mardində hərbi maşına qarşı bombalı hücum təşkil ediblər. Hadisə nəticəsində avtomobildəki 6 əsgərdən 2-si yaralanıb.

Xəstəxanaya yerləşdirilən əsgərlərin vəziyyətinin yaxşı olduğu bildirilir.