Mardində komendant saatı elan edildi

mardinde-komendant-saati-elan-edildi
Oxunma sayı: 2293

Türkiyənin Mardin vilayətinin Nusaybin bölgəsində komendant saatı elan edilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, buna səbəb bölgədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilməsi olub.

Məlumata görə, mayın 2-si yerli vaxtla 04:00-dan bölgənin 9 məhəlləsində küçəyə çıxmaq qadağan edilib. 

Komendant saatı növbəti göstərişə qədər qüvvədə olacaq.