Marina Nekrasova finala adlaya bilmədi - Tokio-2020

marina-nekrasova-finala-adlaya-bilmedi
Oxunma sayı: 1637

Bu gün Tokio Olimpiadasında qadın idman gimnastikası yarışlarında finalçılar müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, turnirdə ölkəmizi Marina Nekrasova təmsil edib.

Müxtəlif alətlərdə çıxış edən gimnastımız ümumilikdə 48,232 xal toplayıb. Bu, onun finala adlaması üçün kifayət etməyib.

Ötən gün kişi idman gimnastımız İvan Tixonov da Olimpiadanın həlledici mərhələsinə vəsiqə qazana bilməmişdi.