Mariupol yaxınlığındakı rus əsgərlərinin sayı açıqlandı

mariupol-yaxinligindaki-rus-esgerlerinin-sayi-aciqlandi
Oxunma sayı: 2713

“Mariupol yaxınlığında şəhəri ələ keçirməyə çalışan 10 mindən çox rus əsgəri var”.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu müdafiə naziri Aleksey Reznikov Qostomel şəhərinə səfəri zamanı deyib. O qeyd edib ki, ukraynalı əsgərlər Mariupolun müdafiəsini davam etdirirlər.

“Onlar hələ də döyüşürlər və çox böyük qüvvələrini saxlayırlar - 10 mindən çox rus əsgəri Mariupol yaxınlığındadır", - Reznikov bildirib.