“Mariupolda doğulmuşam, ürəyim parçalanır” - “Avroviziya” təmsilçimiz

mariupolda-dogulmusam-ureyim-parcalanir
Oxunma sayı: 3435

Azərbaycanın “Avroviziya-2017” təmsilçisi, müğənni Diana Hacıyeva (Dihaj) Rusiya-Ukrayna müharibəsi haqda sosial şəbəkə hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Mariupol şəhərində doğulduğunu qeyd edən ifaçı bunları yazıb:

“Ailəmin bütün Ukrayna ərazisində dostları və qohumları var. Anamın Brovarıdan olan dostları səhərdən bomba sığınacağındadır. Mənim ürəyim parçalanır. Mən yenidən bu dəhşətli müharibə əzabını hiss edirəm. Bu fəlakəti dayandırmaq lazımdır”.

Müğənni hekayə bölümündəki paylaşımına #stopwar həştəqini əlavə edib.