Mariupolda uşaq xəstəxanası partladılarkən yanaraq ölənlərin sayı açıqlandı

mariupolda-usaq-xestexanasi-partladilarken-yanaraq-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 1841

Mariupolda rus hərbçiləri tərəfindən uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının Teleqram hesabında məlumat paylaşılıb. 

Şəhər meri Vadim Boyçenkonun sözlərinə görə, Mariupol, demək olar ki, tamamilə dağıdılıb. O cümlədən, şəhərin infrastrukturunun 90%-dən çoxu dağılıb. Bunların ən azı 40%-i artıq bərpa oluna bilməz.
"Yalnız ilkin hesablamalara görə, blokada ayı ərzində Mariupolda 5 min insan həlak olub, onlardan təxminən 210-u uşaqdır. Rusiya terrorçuları uşaq xəstəxanasına bir neçə super güclü bomba atıb, 1 saylı şəhər xəstəxanasının binalarından birini dağıdıblar. 50-yə yaxın insan diri-diri yandı”, - deyə Boyçenko bildirib.