Marixuana apteklərdə satılacaq

marixuana-apteklerde-satilacaq
Oxunma sayı: 654

“Qafqazinfo”nun “APA”ya istinadən verdiyi xəbərə görə, Çexiyada marixuananın müalicəvi məqsədlərlə satışına icazə verən qanun qəbul edilib. Narkotik bitki reseptlə xərçəng, QİÇS, ekzema, qıc olma və bir sıra başqa xəstəliklərdən əziyyət çəkən pasiyentlərə və ağrıkəsici “preparat” kimi buraxılır. Sənəd keçən ilin dekabrında ölkə parlamenti tərəfindən qəbul olunub və fevralda prezident Vatslav Klaus tərəfindən təsdiqlənib. Qanun aprelin 1-dən qüvvəyə minib, lakin faktiki olaraq bu gündən tətbiq olunmağa başlayıb.

Qeyd edək ki, tibbi marixuananın 1 qramı Çexiyada 3-8 avroya (4-11 dollar) təklif olunur.