Rusiyalı tennisçi Mariya Şarapovnın orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Şarapova martın 7-də keçirdiyi mətbuat konfransında bildirib.
O, dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, - deyə o əlavə edib.
Meldoniy aparatı 2016-cı il yanvarın 1-dən qadağa edilib.
Qeyd edək ki, M. Şarapova yanvarın 26-da “Australian Open”in ¼ finalında Serene Uilyamsa uduzandan sonra oyunlara qatılmayıb.
Son xəbərlər
Son Xəbərlər