Qadın güləşçimiz Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli idmançı 50 kq çəkidə əvvəlcə türkiyəli Evin Dəmirhana, daha sonra isə fransalı Culye Sabatyeyə qalib gəlib.
O, finala gedən yolda son görüşünü də bu gün keçirəcək.
***
Mariya Stadnik yarımfinalda polşalı Anna Lukasyaka 9:0 hesabıyla qalib gələrək 9-cu dəfə Avropa çempionatının finalına yüksəlib.
Son xəbərlər
Son Xəbərlər