Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik finala yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, 50 kq çəkidə çıxış edən təmsilçimiz yarımfinalda türkiyəli Evin Demirhanı 6:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Stadnikin finalda rəqibi ukraynalı Oksana Livaç olacaq.
Son xəbərlər
Son Xəbərlər