Mariya Stadnik yarımfinalda uduzdu - Yenilənib+Fotolar

mariya-stadnik-yarimfinalda-uduzdu
Oxunma sayı: 8586

Azərbaycan güləşçisi Mariya Stadnik Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, 1/8 finalda Rusiya Olimpiya Komitəsini təmsil edən Stalvira Orşuşla qarşılaşıb.

Mariya bu görüşdə 11:7 hesabı ilə qalib gələrək, 1/4 finala adlayıb.

***

Stadnikin 1/4 finalda rəqibi tunisli Sarra Həmdi oldu.

***

Mariya Stadnik 1/4 finalda tunisli Sara Həmdi ilə üz-üzə gəlib. O, bu görüşdə erkən qələbə qazanıb. O, 10:0 hesablı qalibiyyətə sevinib. Mariya 1/2 finala vəsiqə əldə edib. M.Stadnik yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gələcək.

***

Stadnik yarımfinalda yaponiyalı rəqibinə 0:11 hesabı ilə uduzub. O, bürünc medal üçün yarışacaq.