Mariya Stadnikdən çempionluq şərhi

Mariya Stadnikdən çempionluq şərhi
Oxunma sayı: 1528

“Mən çox xoşbəxtəm ki 8-ci dəfə Avropa çempionu oldum. Mənim üçün bu medal böyük əhəmiyyət daşıyır. Böyük narahatlıq və çətinliklərim oldum. Ancaq avropa çempionatına gedə və bu medalı qazana bildim. Bu səbəbdən bu mənim üçün çox vacibdir. Tanrıya bu medala görə şükür edirəm”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında 8-ci dəfə Avropa çempionu olan qadınlardan ibarət millimizin üzvü Mariya Stadnik deyib. 

O, heç vaxt rekordçu olmağa çalışmadığını bildirib: “Heç vaxt rekordçu olmağa çalışmamışam. Hər zaman çıxıb güləşmişəm. Güləşi və qalib gəlməyi sevirəm. Mənə inanan, məni dəstəkləyən insanlara minnətdaram. Çünki onların inamı və duaları mənə güləşə davam eləmək üçün güc verir”.

Stadnik Yay Olimpiya Oyunları barədə də danışıb: “Tokioya qızıl medal üçün gedirəm, necə olacaq tək tanrı bilir. Qabaqcadan nəsə demək istəmirəm. Tokiodan sonra necə davam edəcəyimi deyə bilərəm, hələlik bilmirəm”.