Mariya Stadnikin ilk rəqibi bəllidir

mariya-stadnikin-ilk-reqibi-bellidir
Oxunma sayı: 1970

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub. “Qafqazinfo” xəbər verir ki,hər üç təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Stadnik rusiyalı Stalvira Orşuşla, 65 kq-da mübarizə aparan Əliyev seneqallı Adama Diatta ilə, 97 kq çəkidəki Şərifov isə Rusiya Olimpiya Komitəsini təmsil edən Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.

Qeyd edək ki, hər 3 güləşçi yarışa sabah qoşulacaq.