Rusiya Xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın qızını Krımın Sevastopol şəhərində it dişləyib.
“Qafqazinfo” xəbər verir ki, Zaxarovanın qızı Maryanaya tibbi yardım göstərilib. Bu barədə o, Feysbuk hesabında yazıb.
“Maryananı itin dişləməsinin bu qədər həyəcan yaradacağını bilməzdim. İt sahibsiz deyil, hazırda baytarların nəzarətindədir. Uşağa lazımi tibbi yardım göstərilib. Hər kəsə diqqət və qayğısına görə təşəkkür edirəm”, - deyə XİN-nin rəsmi nümayəndəsi bildirib.
Son xəbərlər
Son Xəbərlər