Mark Esper Pentaqonu məhkəməyə verdi

mark-esper-pentaqonu-mehkemeye-verdi
Oxunma sayı: 758

ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper Pentaqonu məhkəməyə verib.

“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, buna səbəb Pentaqonun onun ABŞ-ın sabiq Prezidenti Donald Tramp administrasiyasındakı işindən bəhs edən xatirələrinin mühüm hissəsinin nəşrinə qadağa qoyması olub.

Tramp tərəfindən istefaya göndərilən Esper may ayında “Müqəddəs and” adlı kitab nəşr etməyi planlaşdırır.

“Mətnin mühüm bir hissəsi məxfilik bəhanəsi ilə nəşrdən çıxarılır. Çıxarılmış mətn kitabda qeyd edilən mühüm hekayələri izah etmək üçün lazımdır”, - deyə keçmiş nazir qeyd edib.