Marketdə saxta spirtli içkilər aşkarlandı

marketde-saxta-spirtli-ickiler-askarlandi
Oxunma sayı: 2895

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bülbül pr., ev 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Zeynəb Həsənağa qızına məxsus “Sahil” marketdə plandankənar yoxlama keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yoxlama zamanı obyektdə aşkar saxtalaşdırılma əlamətləri olan ümumilikdə 33 ədəd “Absolute Vodka”, “Fortuna Organic”, “Fortuna Premium”, “Nemiroff” əmtəə nişanlı araq, “Olmeca Tequila”, “Sierra” əmtəə nişanlı tekila, “Ballantines”, “Black Label” əmtəə nişanlı viski məhsulları aşkar edilib.

Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib. Aşkar olunmuş faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun: В Баку внезапно умерла беременная женщина - Фото