Marketdəki yarım milyonluq mənimsəməyə görə cinayət işi açıldı

marketdeki-yarim-milyonluq-menimsemeye-gore-cinayet-isi-acildi
Oxunma sayı: 6040

Şəmkirdə marketdən külli miqdarda pul mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, rayon sakini Ramin Əliyevin özünə məxsus “Zirvə” marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə prokurorluğa müraciət edib. Müraciət əsasında araşdırma aparılıb.

Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.

Qeyd edək ki, sözügedən marketdəki mənimsəmə faktı ilə əlaqədar sahibkarın şikayəti "Qafqazinfo" tərəfindən bir neçə dəfə işıqlandırılmışdı.

Həmçinin oxuyun: “Yarım milyonluq yeyintinin videosunu vermişik, prokuror müavini işi rədd edir”

Hakimin Baş prokurora şikayət etdiyi müstəntiqdən daha bir narazılıq

Yarım milyonluq mənimsəmə ilə bağlı niyə cinayət işi açılmır?