Marketin divarını uçurub kassadan 60 min oğurladılar

marketin-divarini-ucurub-kassadan-60-min-ogurladilar
Oxunma sayı: 4415

Gəncədə supermarketin divarını uçuran şəxslər kassadan 60 min manat pul oğurlayıblar.

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 25-i gecə saatlarında baş verib.

2 nəfər maskalı naməlum şəxs "Əminə Premium" marketinin arxa hasarını uçuraraq içəri daxil olub. Kassadan 60 000 manat nağd pulu oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.